Əsas məzmuna keç
V1 V2

Zəngilanda “Qarabağa Qayıdış” Texnika Festivalında iştirak etdik

Ağalı kəndində keçirilən festivalda bölgə fermerləri ilə görüşdük.

Ağalı kəndində qurduğumuz stenddə ziyarətçilərə məhsul çeşidlərimiz və xidmətlərimiz təqdim olunub.

Zəngilan rayonunun Ağalı kəndində Kənd Təsərrüfatı Nazirliyinin və “Prior Lizinq” MMC-nin təşkilatçılığı, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Xüsusi Nümayəndəliyinin dəstəyi ilə “Qarabağa Qayıdış, İlk Texnika Festivalı” keçirilib. Qarabağda ilk dəfə təşkil olunan tədbir müasir aqrotexnika sərgisindən, fermerlər üçün xüsusi imkanlardan və yerli məhsulların nümayişindən ibarət olub.

Festivalda iştirak edərək bölgə fermerlərinə gübrə, toxum və bitki mühafizə vasitələri üzrə məhsullarımızı təqdim etdik. Azad edilmiş ərazilərdə əkin sahələrinin bərpası aqrar təchizat üçün yeni tələbat yaradır. Bu bölgədə fermerlərin yanında olmaq və onların ehtiyaclarını yerində öyrənmək bizim üçün əhəmiyyətlidir.

Media