Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalında iştirak etdik.
Fəal iştirakımıza görə şirkətimizə təşəkkürnamə təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli, Xocavənd rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı oktyabrın 5-də Ağdam şəhərində baş tutub. Festival çərçivəsində kənd təsərrüfatı məhsullarının, müasir texnologiyaların və istehsal vasitələrinin təqdim olunduğu sərgi təşkil edilib, “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Tədbirin sonunda Aqrar Biznes Festivallarında fəal iştirak edən şirkətlərə təşəkkürnamələr təqdim olunub və AISCO həmin şirkətlər sırasında yer alıb. Yubiley festivalına qədər ölkənin 56 rayonunda 100 Aqrar Biznes Festivalı keçirilib. Bu tədbirlərdə mütəmadi iştirakımız bölgə fermerləri ilə birbaşa ünsiyyət qurmaq imkanı verir.