Agrohub fermerləri, aqronomları və təchizatçıları bir platformada birləşdirən mobil tətbiqdir. Fermer yetişdirdiyi bitkini, bölgəsini və suvarma üsulunu daxil etdikdən sonra öz əkininə uyğun aqrotexniki tövsiyələri, o cümlədən hava şəraitinə əsaslanan avtomatik xəbərdarlıqları alır. Tətbiqdə həmçinin aqronomla birbaşa yazışmaq, təcrübə paylaşmaq və məhsul elanları yerləşdirmək mümkündür.