Əsas məzmuna keç
V1 V2

Fructo

Hazırlanır

Fermerin meyvə-tərəvəz məhsulunu qəbul edən, çeşidləyən və bazara çatdıran satış zənciri.

Fresh layihəsinin loqosu

Azərbaycanın bölgələrində fermer yüksək keyfiyyətli meyvə və tərəvəz yetişdirir, lakin məhsulu vaxtında və dəyərində satmaq çox vaxt istehsalın özündən çətin olur. Satış kanalı tapmaq, nəqliyyat, saxlanma və qiymət danışıqları ayrı-ayrılıqda vaxt tələb edir və fermeri əsas işindən ayırır.

Fructo bu yükü fermerin üzərindən götürür. Məhsulu qəbul edir, keyfiyyətini yoxlayır, çeşidləyir, qablaşdırır və topdan satış şirkətlərinə, market şəbəkələrinə, emal müəssisələrinə və ixrac bazarlarına çatdırırıq. AISCO-nun təchizat təcrübəsi sayəsində fermerə təkcə satış mərhələsində deyil, istehsalın əvvəlki mərhələlərində də dəstək veririk.

Şəkillər
  • Sahədə əkin sıralarının planlaşdırılması
  • Məhsulun saxlanması üçün anbar sahəsi
  • Torpaq və məhsul nümunələrinin laboratoriya analizi
Portfel

Digər layihələr

gubre.az platformasının loqosu

Gübrə, toxum və bitki mühafizə vasitələrini fermerə bölgələrdə çatdıran satış şəbəkəsi.

Ətraflı

Agrohub layihəsinin loqosu

Fermerlə aqronomu birləşdirən, hər əkin üçün fərdi tövsiyə verən mobil platforma.

Ətraflı